Mahmud un hekayəsi

Oğlumuzun 10 yaşı var.
Eşitmə ilə problemləri 2 ayında hiss etdik.
Həkimlərə göstərdik. Söylədilər ki narahat olmayın- eşidir.
Agır eşitmə dərəcəsi  3 və 4 səviyyə - 2 yaçında  təsdiqləndi.Nə isə ....

Beləliklə (Siemens) eşitmə cihazlarını 2 yaşdan sonra geyindi.

Logoped məşğələlər üçün - dövlətin xüsusi uşaq bağçasındakı qəbul olunan Standart Logoped Metodikasına razı olmadıq.
Moskvada alternativ Logopediya metodunun olmasını -araşdırıb tapdıq.
Moskva da 2 həftəlik Valideynlər və Loqopedlər üçün təşkil olunmuş Leonqard kursları bitirdik.

CD disklər, Kitablar aldıq, Son 8 ildə uzun yol keçdik.

Bu gün Mahmud  adi orta məktəbdə, adi sinifdə  oxuyur.
Çətindir.
Uğurlarımız da çoxdur.
Daha ətraflı yazacayıq....

No comments: